Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə sahibsiz heyvanlar quduzluğa qarşı peyvənd olunub

06 mart 2024 | 16:01

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Qida Təhlükəsizliyi Agentliyi quduzluq xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə birgə tədbirlərə başlayıblar. Ölkə ərazisində heyvanlar arasında quduzluq xəstəliyinin qarşısının alınması, sahibsiz heyvanlar üçün sığınacaqların (stasionar və səyyar) yaradılması, sahibsiz heyvanların sterilizasiyası, vəhşi təbiətdə olan həssas heyvanların və sahibsiz itlərin oral üsulla peyvəndləmə işlərinin aparılması məqsədilə mühüm tədbirlər həyata keçirilir.

Aqrar Xidmətlər Agentliyinin Tərtər Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin mütəxəssisləri tərəfindən rayon ərazisində yerləşən meşə zolaqlarında vəhşi heyvanların və sahibsiz itlərin quduzluq xəstəliyi əleyhinə oral peyvəndlənməsi aparılıb.

Bu cür tədbirlər mütəmadi olaraq davam etdirilərək.

 

Keçidlər