Tərtərdə sağlamlıq naminə əhali üçün fiziki aktivliyə dair maarifləndirici materillar sakinlərə paylanılmış, maarifləndirici söhbətlər aparılmışdır
04 mart 2023 | 11:35
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 23 dekabr 2015-ci il tarixdə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında 1645 nömrəli Sərəncam imzalamışdır. Həmin Strategiyanın 9.2.1 bəndində sağlamlıq naminə əhali üçün fiziki aktivliyə dair maarifləndirici materillar hazırlanaraq təşviq edilməsi nəzərdə tutulmuşdur.
Bununla bağlı olaraq Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları və könüllü gənclər tərəfindən sağlamlıq naminə fiziki aktivliyə dair hazırlanmış maarifləndirici materiallar əhaliyə təqdim olunmuş və maarifləndirici söhbətlər aparılmışdır.