Tərtərdə sağlam qidalanmanın təmin edilməsi istiqamətində maarifləndirici tədbir keçirilib
12 may 2023 | 17:02
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.5. bəndinin icrası ilə bağlı may ayının 12-də Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları "Tərtər Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs"in bir qrup həkim və orta tibb heyəti ilə birlikdə sağlam qidalanmanın təmin edilməsi istiqamətində tabeli məntəqələrdə və doğum evində hamilə qadınlarla görüşlər keçirilərək, onlarla maarifləndirici tibbi söhbətlər aparılmış və tibbi məsləhətlər verilmişdir.