Tərtərdə “Sağlam həyat tərzinin təbliği” mövzusunda tədbir keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin və Qarabağ Regional Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Tətrər Peşə məktəbində gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərə (narkomaniya, alkoqolizm, tütün məmulatları) və QİÇS-ə qarşı mübarizənin gücləndirilməsi sahəsində gənclərin maarifləndirilməsi məqsədilə “Sağlam həyat tərzinin təbliği” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Svetlana Əzizova tədbir iştirakçılarını salamlayaraq, ailə sağlamlığının yaxşılaşdırılması istiqamətində son illər ölkəmizdə görülən işlərdən, qəbul edilən qanunlardan, Dövlət Proqramlarından danışaraq, gənc və yeniyetmələr arasında sağlam həyat tərzinin təbliğinin əsas fəaliyyət istiqamətlərindən biri olmasını vürğulayıb. Tədbir iştirakçılarına sağlam həyat tərzinin əsas komponentlərindən danışıb, yeniyetmə və gəncləri sağlam həyat tərzinin normalarına riayət etməyə və zərərli vərdişlərdən uzaq durmağa çağırıb.
Sonra Qarabağ Regional Gənclər və İdman idarəsinin Gənclər sektorunun müdiri Orxan Fəxrəddinov çıxış edərək bildirib ki, sağlam həyat tərzi gündəlik həyatımızın ən əhəmiyyətli tərəflərindən biridir. Sağlam həyat tərzi dedikdə təkcə idman vasitələrindən istifadə etmək nəzərdə tutulmur, eyni zamanda zərərli vərdişlərdən uzaq durmaq da bura daxildir. Narkotik vasitələrdən istifadə günümüzün ən böyük bəlalarından biridir. Hər bir gənc sağlam həyatın tərəfdarı olmalı, narkotik vasitələr də daxil olmaqla bütün zərərli vərdişlərdən uzaq olmalıdır.
Mövzu ətrafında müzakirələr aparılıb, peşə məktəbinin müəllimləri və tələbələri müzakirələrdə iştirak ediblər.
Məktəbin direktoru Əli Babayev, psixoloqqu Esmira Hüseynova, Qarabağ Region Gənclər və İdman İdarəsinin əməkdaşı Orxan Qurbanzadə, dərzilik qrupunun tələbəsi Günel Fərzəliyeva, aqronomluq qrupunun tələbəsi Rəvanə Əlizadə maraqlı təklif və çıxışları ilə yadda qalıblar.
Sonda məktəbin psixoloqu tərəfindən “Gəncləri zərərli vərdişlərdən qoruyaq” mövzusunda hazirlanmış slayd təqdim olunub.