Tərtərdə “şagirdlərin təhsildən yayınma” hallarının qarşısının alınması, “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tərtərdə “şagirdlərin təhsildən yayınma” hallarının qarşısının alınması, “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tərtər rayon Sarov kənd ümumi orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti yanında YYÇİ və HM üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Rayon Polis şöbəsinin YYÇPİTQ- nun baş inspektoru- Polis baş leytenantı Bəxtiyar Əliyev, məktəbin müəllim kollektivi və şagirdləri iştirak ediblər.
Tədbir iştirakçılarına “şagirdlərin təhsildən yayınma” hallarının qarşısının alınması, “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda məlumat verilib. Şagirdləri maraqlandıran suallar cavablandırılb.