Tərtərdə şagirdlər arasında maarifləndirici tədbirlər davam etdirilir
Tərtərdə “şagirdlərin təhsildən yayınma” hallarının qarşısının alınması, “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi”, “Erkən nikah və qohum nikahların fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tərtər rayon Sarov kənd tam orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, Rayon Polis şöbəsinin, Rayon Təhsil sektorunun əməkdaşları, məktəbin müəllim kollektivi və şagirdləri iştirak ediblər.
Tədbir iştirakçılarına “şagirdlərin təhsildən yayınma” hallarının qarşısının alınması, “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi”, “Erkən nikah və qohum nikahların fəsadları” mövzusunda məlumat verilib. Şagirdləri maraqlandıran suallar cavablandırılb.