Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə regionlarda narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə kampaniyası çərçivəsində növbəti tədbir keçirildi

16 avqust 2023 | 11:03

Avqustun 15-də YAP Tərtər Rayon Təşkilatının inzibati binasında “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Regionlarda narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə kampaniyalarının keçirilməsi” adlı layihəsinin 2-ci tədbiri keçirildi.

Layihənin məqsədi regionlarda narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə kampaniyalarını keçirilməklə, narkomaniya, tütün və digər zərərli vərdişlərin acınacaqlı, fəlakətli nəticələri barədə əhalini xüsusilə gəncləri məlumatlandırmaq, onları kənar təsirlərdən qorunmalarına yardım etməkdir. Layihə 3 ay müddətində Ağdam, Tərtər, Bərdə, Goranboy və Ağcabədi rayonlarında həyata keçiriləcək.

Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanlarların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov açaraq qonaqları salamladı. Təqdim olunan layihənin mövzusunun dövrümüz üçün çox aktual oldugunu qeyd etdi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə aktual mövzuya görə təşəkkür etdi.

Layihənin rəhbəri, “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin sədri Telman Dadaşov layihə haqqında iştirakçılara geniş məlumat verdi. O bildirdi ki, “Sağlamlığa ən çox zərərli olan və asılılıq yaradan vərdişlər siqaret və narkotik maddələrdir. Sağlam cəmiyyətin formalaşmasında siqaret və narkotik maddələrə qarşı mübarizə önəmli rol oynayır. Ölkəmizdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icra olunur. Bu sahədə ictimai maarifləndirmə işlərinin əhatəsini genişləndirmək əsas məqsədlərdən biridir”.

Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili polis baş leytinantı Elşən Əmrahov bildirib ki, “sağlam cəmiyyətin formalaşmasında narkomaniya ilə mübarizənin rolu böyükdür və bu sahədə kompleks tədbirlər həyata keçirilir. Ancaq yenə də problem qalmaqdadır. 2022-ci ildə Azərbaycanda müxtəlif növ narkotiklərdən istifadə edənlərin sayı 35 min nəfərdən çoxdur. Bunlardan 572 nəfəri qadınlardır. Bu hər birimizi narahat etməlidir ”.

Daha sonra çıxış edən “Regional Gender Mərkəzinin sədri Ş.Dadaşova ümumbəşəri bəla olan narkomaniyanın yayılmasının qarşısının alınması istiqamətində gənclərin potensialından istifadənin genişləndirilməsinin vacibliyini vurğulayıb, gənclərin elmə, idmana olan marağının artırılması, mədəni-asudə vaxtının düzgün təşkil olunmasının əhəmiyyəti haqqında danışıb. Qeyd edib ki, narkomaniya insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.

Tədbirdə Tərtər rayon Polis şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla profilaktik işin təşkili qrupunun Baş inspektoru Bəxtiyar Əliyev və yerli ərazi nümayəndələri layihənin mövzusunun aktual olduğunu bildirdilər.

Keçidlər