Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Regionlarda erkən nikah hallarının azaldılmasına dəstək verilməsi” layihəsi çərçivəsində tədbir keçirilib

13 aprel 2023 | 18:42

Tərtər rayonunda “Addım” Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda erkən nikah hallarının azaldılmasına dəstək verilməsi” layihəsi çərçivəsində tədbirlər keçirilib.

YAP Tərtər Rayon Təşkilatının və rayon Gənclər və İdman İdarəsinin inzibati binasında    “Erkən nigah və fəsadları” mövzusunda keçirilən dəyirmi masalarda layihə rəhbəri Ş.Dadaşzadə layihənin donoru və icraçı təşkilat haqda məlumat verdikdən sonra layihənin məqsədlərini açıqlayıb.

Tədbirdə layihənin eksperti T.Dadaşov, psixoloq Aliyə İmanova,Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisyanın məsul katibi Rəvan Həsənov, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komisyanın uşaqlarla iş üzrə məsləhətçi psixoloqu Pərişan Orucova, RGM İb-nin sədri Ş.Dadaşova çıxış etdilər.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Keçidlər