Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Ramazan ayının başlanması ilə bağlı tədbir keçirilib

24 mart 2023 | 16:10

Martın 24-də Tərtər Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Tərtər şəhər Cümə Məscidində din xadimlərinin iştirakı ilə Ramazan ayının başlanması ilə bağlı tədbir keçirilib.

Tədbirdə Tərtər Rayon  İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər Cümə Məscidinin İmamı Sadiq Cəfərov və din xadimləri iştirak ediblər.

Çıxışlar zamanı ölkəmizdə dövlət-din münasibətlərinin sağlam prinsiplər üzərində qurulduğu, dövlətin dini sahəyə, din xadimlərinə diqqət və qayğı göstərdiyi qeyd edilib. Ramazan ayında Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tövsiyə edilmiş namaz təqvimlərinə ciddi riayət edilməsi, dini ayin və mərasimlərin məscidlərdə keçirilməsinin vacibliyi barədə söhbət aparılıb. Eyni zamanda, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərdən istifadənin yolverilməziyi diqqətə çatdırılıb. 

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər