Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı qeyd edilib

06 dekabr 2025 | 12:38

Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır. Bu münasibətlə Tərtər rayon icra hakimiyəti başçısı Müstəqim Məmmədov rabitə və telekommunikasiya qovşağının işçilərilə birlikdə mərkəzi meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Rayon rəhbəri ölkəmizdə rabitə sahəsinin məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf mərhələsi keçdiyini bildirib. Qeyd edib ki, bu gün Ulu Öndərin siyasi xətti dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqim Məmmədov rabitə sahəsində yeni işlər görüldüyünü, rayon mərkəzi ilə yanaşı kənd sakinlərinin də genişzolaqlı internet və digər multimedia xidmətlərindən istifadə etməsi üçün kompleks layihələr həyata keçirildiyini diqqətə çatdırıb. Bu gün hər bir rabitəçi ölkəmizdə yüksək texnologiyalar sahəsinin inkişafı üçün çalışır. Ölkə başçısının rəhbərliyi ilə rabitə sahəsi üzrə bu amal uğrunda fəaliyyət göstərən hər kəsə uğurlar arzulayıb, rabitə və yüksək texnologiyalar sahəsi işçilərini peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edib!

Sonda rayonun bir qrup rabitə işçisinə rayon icra hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanlar təqdim olunub.

Keçidlər