Tərtərdə Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı qeyd edilib
Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır. Bu münasibətlə rayon icra hakimiyəti başçısının birinci müavini Elvin Umudov, rabitə və telekommunikasiya qovşağının işçiləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Rayon icra hakimiiyəti başçısının birinci müavini Elvin Umudov ölkəmizdə rabitə sahəsinin məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf mərhələsi keçdiyini bildirib. Qeyd edib ki, bu gün Ulu Öndərin siyasi xətti dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Elvin Umudov rabitə sahəsində yeni işlər görüldüyünü, rayon mərkəzi ilə yanaşı kənd sakinlərinin də genişzolaqlı internet və digər multimedia xidmətlərindən istifadə etməsi üçün kompleks layihələr həyata keçirildiyini diqqətə çatdırıb. Bu gün hər bir rabitəçi ölkəmizdə yüksək texnologiyalar sahəsinin inkişafı üçün çalışır. Ölkə başçısının rəhbərliyi ilə rabitə sahəsi üzrə bu amal uğrunda fəaliyyət göstərən hər kəsə uğurlar arzulayıb, rabitə və yüksək texnologiyalar sahəsi işçilərini peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edib!