Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı qeyd edilib

06 dekabr 2024 | 11:57

Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır. Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyəti başçının müavini-Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov, rabitə və telekommunikasiya qovşağının işçiləri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.

Rayon icra hakimiyəti başçının müavini-Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov ölkəmizdə rabitə sahəsinin məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərində xüsusilə inkişaf mərhələsi keçdiyini bildirib. Qeyd edib ki, bu gün Ulu Öndərin siyasi xətti dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Abbas Cavadov rabitə sahəsində yeni işlər görüldüyünü, rayon mərkəzi ilə yanaşı kənd sakinlərinin də genişzolaqlı internet və digər multimedia xidmətlərindən istifadə etməsi üçün kompleks layihələr həyata keçirildiyini diqqətə çatdırıb. Bu gün hər bir rabitəçi ölkəmizdə yüksək texnologiyalar sahəsinin inkişafı üçün çalışır. Ölkə başçısının rəhbərliyi ilə rabitə sahəsi üzrə bu amal uğrunda fəaliyyət göstərən hər kəsə uğurlar arzulayıb, rabitə və yüksək texnologiyalar sahəsi işçilərini peşə bayramları münasibətilə səmimi qəlbdən təbrik edib!

Keçidlər