Tərtərdə “Qurban bayramı” ilə əlaqədar Vətən Müharibəsi əlillərinin ailələrinə bayram sovqatları paylanıb
26 iyun 2023 | 12:37
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Qurban bayramı” münasibəti ilə əlaqədar Tərtər rayonundan olan 50 Vətən Müharibəsi əlilinin ailəsinə ərzaq yardımı edib.
Ərzaqların təqdim edilməsində Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və İƏD üzrə nümayəndələr iştirak ediblər.
Vətən Müharibəsi əlillərinin ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.