Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Qurban bayramı ilə əlaqədar kəsim məntəqəsi dezinefksiya edilib

14 iyun 2024 | 16:00

Tərtər rayon İcra Hakimiyyətinin tədbirlar planına uyğun olaraq Tərtər Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən Tərtər şəhəri Cavanşir küçəsi 84 ünvanında yerləşən ət kəsim məntəqəsinin döşəmə və divarları, habelə burada istifadə edilən avadanlıqlar Qurban bayramından əvvəl  xüsusi məhlulla dezinfeksiya edilib.

Bununla yanaşı, qeyri-qanuni yerlərdə heyvan satışı və ət kəsiminin qarşısının alınması, qurbanlıq qoyun və danaların ət kəsimi məntəqəsinə nəzarətin edilməsi və digər məsələlərlə bağlı müvafiq qurumların əməkdaşlarının iştirakı ilə işçi qrupları yaradılıb. Heyvan mənşəli tullantıların vaxtında daşınması üçün, ət kəsimi məntəqəsinin ətrafında təmizliyə riayət olunması üçün Tərtər şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları da gücləndirilmiş iş rejimində çalışacaqlar.

Keçidlər