Tərtərdə “Qızların təhsildən yayınma hallarının qarşısının alınması”, “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri” mövzularında tədbir keçirilib
F.Orucov adına Seydimli kənd tam orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər Təhsil Sektorunun metodisti-psixoloq Gülxar Abbasova,Tərtər Rayon Mərkəzi Xəstəxanasının psixoloqu Hətəm Nuruzadə, Seydimli kənd İƏD üzrə nümayəndə Nərmin Vəliyeva, Seydimli kənd tam orta məktəbinin direktoru Nurəddin İbrahimov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxış edənlər təhsildən yayınmada erkən nikahın böyük rol oynadığını, erkən nikah hallarının baş verməsinin bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olduğunu qeyd etmişlər. Təhsildən yayınma halarının qarşısının alınması üçün mütəmadi olaraq məktəblərdə müəllimlərin şagirdlər və valideynlərlə söhbət aparmasının və maarifləndirmə tədbirlərinin aparılmasının mütləq olduğu vurğulanmışdır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.