Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə qida təhlükəsizliyi qeydiyyatı və heyvanların identifikasiyası mövzusunda maarifləndirici tədbir keçirilib

09 aprel 2024 | 15:28

Tərtər Rayon İcra Hakimiyyətinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Bölməsinin  təşkilatçılığı ilə qida təhlükəsizliyi qeydiyyatı və heyvanların identifikasiyası mövzusunda rayonun inzibati ərazi dairəsi nümayəndələrinin və heyvandarlıqla məşğul olan sahibkarların iştirakı ilə maarifləndirici görüş keçirilib.

Görüş respublikamıza xarici ölkələrdən iri və xırdabuynuzlu heyvanların idxalı sahəsindəki vəziyyəti bir daha nəzərdən keçirmək, sahibkarlarla əməkdaşlığı daha da genişləndirmək, onları mövcud qanunvericilik və tələblər, o cümlədən heyvanların identifikasiyası işləri barədə məlumatlandırmaq, xidmətlərinin beynəlxalq tələblərə uyğun təşkilinə kömək göstərmək, həmçinin təkliflərini dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə keçirilib.

Görüşdə rayon icra hakimiyyətinin əməkdaşı Məhəmməd Hüseynov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Bölməsinin Heyvan sağlamlığı və baytarlıq sektorunun müdiri, baş məsləhətçisi Ruslan Məmmədov və agentliyin əməkdaşları çıxış ediblər.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnaməsi” nə əsasən  agentlik qida təhlükəsizsizliyi sahəsinə, baytarlıq və fitosanitar  nəzarətinə dair normativ tənzimlənməni, qida təhlükəsizliyinə dair qeydiyyatı və təsdiqi, idxal sağlamlıq aktının, baytarlıq sertifikatlarının  verilməsini, qida zəncirinin bütün mərhələlərində qida və yem məhsullarının təhlükəsizliyinə və s. nəzarəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Tədbir iştirakçıları qida təhlükəsizliyinin təmin olunması sahəsində həyata keçirilən tədbirlər, o cümlədən bu işdə müstəsna əhəmiyyətə malik olan Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi barədə ətraflı məlumatlandırılıblar

Qeyd olunub ki, bu sistem heyvan xəstəliklərinin aşkarlanması və onlarla mübarizənin təşkili, habelə heyvan mənşəli məhsulların qida zənciri boyu izlənilməsində mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan xarici ölkələrdən respublikamıza gətirilən iri və xırdabuynuzlu heyvanların identikləşdirilməsinin zəruri olduğu sahibkarların diqqətinə çatdırılıb.

Görüşdə sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.

Keçidlər