Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə "Qəhrəmanlarımızı unutmayaq" başlığı altında şəhid ailəsinə ziyarət təşkil edilib.

07 oktyabr 2025 | 15:41

Qarabağ Regional Gənclər və İdman İdarəsinin və Tərtər Peşə Məktəbinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Əzizov Ayşad Qaryağdı oğlunun ailəsi ziyarət olunub.

Şəhidlərimizin əziz xatirəsinin yad edilməsi, şəhid ailələrinə diqqət və qayğı göstərilməsi, həmçinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə keçirilən görüşdə şəhidimizin həyatı və keçdiyi döyüş yolu barədə söhbət aparılıb.
 
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Əzizov Ayşad Qaryağdı oğlu "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.🎖️
 
Şəhidlərimizi hörmət və ehtiramla yad edirik!🇦🇿

 

Keçidlər