Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə "Qəhrəmanlarımızı unutmayaq" başlığı altında şəhid ailəsinə ziyarət təşkil edilib

25 sentyabr 2025 | 17:07

Qarabağ Regional Gənclər və İdman İdarəsinin və Tərtər Peşə Məktəbinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Hacıyev Qubad Cəmil oğlunun ailəsi ziyarət olunub.

Şəhidlərimizin əziz xatirəsinin yad edilməsi, şəhid ailələrinə diqqət və qayğı göstərilməsi, həmçinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə keçirilən görüşdə şəhidimizin həyatı və keçdiyi döyüş yolu barədə söhbət aparılıb.

Qeyd edək ki, Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Hacıyev Qubad Cəmil oğlu "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidlərimizi hörmət və ehtiramla yad edirik!

Keçidlər