Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə "Qəhrəmanlarımızı unutmayaq" başlığı altında növbəti şəhid ailəsinə ziyarət təşkil edilib.

31 oktyabr 2025 | 14:46
Qarabağ Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Tərtər Peşə Məktəbinin tələbələrinin iştirakı ilə Şəhid Aslanlı Orxan Şahmar oğlunun ailəsi ziyarət olunub.
 
Şəhidlərimizin əziz xatirəsinin yad edilməsi, şəhid ailələrinə diqqət və qayğı göstərilməsi, həmçinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə edilən ziyarətdə şəhidimizin həyatı və keçdiyi döyüş yolu barədə söhbət aparılıb.
 
Qeyd edək ki, Aslanlı Orxan Şahmar oğlu 20 oktyabr 1992-ci ildə Tərtər rayonunun Səhləbad kəndində anadan olub. 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsində iştirak etmiş və yüksək şücaət göstərərək 10 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalmışdır.
 
Şəhidimiz Aslanlı Orxan Şahmar oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda", "İgidliyə görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Keçidlər