Tərtərdə "Qəhrəmanlarımızı unutmayaq" başlığı altında növbəti şəhid ailəsinə ziyarət təşkil edilib.
24 oktyabr 2025 | 10:27
Qarabağ Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Tərtər Peşə Məktəbinin tələbələrinin iştirakı ilə Şəhid Lalayev Ruslan Akif oğlunun ailəsi ziyarət olunub.
Şəhidlərimizin əziz xatirəsinin yad edilməsi, şəhid ailələrinə diqqət və qayğı göstərilməsi, həmçinin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədilə edilən ziyarətdə şəhidimizin həyatı və keçdiyi döyüş yolu barədə söhbət aparılıb.
Qeyd edək ki, Lalayev Ruslan Akif oğlu 17 fevral 1994-cü ildə Tərtər rayonunun Səhləbad kəndində anadan olub. 2016-cı ildə baş vermiş Aprel döyüşlərində, 27 sentyabr 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsində iştirak etmiş və yüksək igidlik göstərmişdir.
Kiçik çavuş olan Lalayev Ruslan Akif oğlu 19 sentyabr 2023-cü ildə Kəlbəcər rayonunun Vəngli qəsəbəsi istiqamətində gedən antiterror əməliyyatları zamanı şəhidlik zirvəsinə ucalıb.
Şəhidlərimizi hörmət və ehtiramla yad edirik.






