Tərtərdə qanunsuz quraşdırılan tikili aşkarlanaraq sökülüb
10 dekabr 2025 | 16:45
“Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən özbaşına aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə Tərtər rayon İcra Hakimiyyəti tərəfindən təyin olunmuş məsul şəxslərin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qarabağ Regional Mərkəzinin, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə rayon ərazisində növbəti monitorinq keçirilib.
Aparılan monitorinq zamanı müvafiq icazəverici sənədləri olmadan Tərtər rayon Azad Qaraqoyunlu kəndində, Ağdam rayon sakini Quliyev Emil Ramiz oğlu tərəfindən bələdiyyəyə məxsus torpaq sahəsində qanunsuz tikili aşkarlanıb.
Qanunsuz quraşdırılan tikili aidiyyəti qurumuların əməkdaşlarının iştirakı ilə sökülərək ərazidən götürülüb.
Qeyd edək ki, rayon ərazisində bu kimi tədbirlər mütəmadi olaraq davam etdiriləcək.






