Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə qanunsuz quraşdırılan tikili aşkarlanaraq sökülüb

17 mart 2026 | 14:54

“Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən özbaşına aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə Tərtər rayon İcra Hakimiyyəti tərəfindən təyin olunmuş məsul şəxslərin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qarabağ Regional Mərkəzinin, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə rayon ərazisində növbəti monitorinq keçirilib.

Aparılan monitorinq zamanı müvafiq icazəverici sənədləri olmadan Tərtər şəhəri Heydər Əliyev prospektində, Tərtər rayon sakini Məmmədov Tofiq Məhəmməd oğlu tərəfindən bələdiyyəyə məxsus torpaq sahəsində qanunsuz tikili aşkarlanıb.

Qanunsuz quraşdırılan tikili aidiyyəti qurumuların əməkdaşlarının iştirakı ilə sökülərək ərazidən götürülüb.

Qeyd edək ki, rayon ərazisində bu kimi tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

 

Keçidlər