Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə qanunsuz quraşdırılan köşk aşkarlanaraq sökülüb

07 oktyabr 2025 | 16:36

 “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən özbaşına aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə Tərtər rayon İcra Hakimiyyəti tərəfindən təyin olunmuş məsul şəxslərin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qarabağ Regional Mərkəzinin, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə rayon ərazisində növbəti monitorinq keçirilib.

Aparılan monitorinq zamanı müvafiq icazəverici sənədləri olmadan Tərtər rayon Qaradağlı kəndində, kənd sakini Əliyev Fəyaz Ayaz oğlu tərəfindən bələdiyyəyə məxsus torpaq sahəsində qanunsuz olaraq iki ədəd köşkün quraşdırılması aşkarlanıb.

Qanunsuz quraşdırılan köşklərin hər ikisi aidiyyəti qurumuların əməkdaşlarının iştirakı ilə sökülərək ərazidən götürülmüşdür.

Qeyd edək ki, rayon ərazisində bu kimi tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Keçidlər