Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə qanunsuz küçə ticarətinə və məişət tullantılarını kənar yerlərə atan şəxslərə qarşı reyd keçirilib

14 iyul 2023 | 16:05

Tərtər Rayon İcra Hakimiyyətinin, rayon Polis Şöbəsinin, Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Bölməsinin və Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən şəhərin müxtəlif ərazilərində qanunsuz küçə ticarəti ilə məşğul olan və məişət tullantılarını kənar yerlərə atan şəxslərə qarşı reyd keçirilib.

Reyd zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar və məişət tullantılarını kənar yerlərə atan şəxslər aşkarlanıb.

Həmin şəxslərlə izahedici söhbətlər aparılaraq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmaları və məişət tullantılarını xüsusi ayrılmış yerlərə atmaları bildirilib, İnzibati Xətalar Məcəlləsinin müvafiq madələri ilə protokollar tərtif edilib.

Keçirilən reyd sakinlər tərəfindən rəğbətlə qarşılanıb. Onlar yol kənarında satılan mənşəyi məlum olmayan ərzaq məhsullarının antisanitar vəziyyət yaratdığını bildirməklə, şəhərin ümumi görünüşünə də xələl gətirdiyini qeyd ediblər.

Reydlər bundan sonra da davam etdiriləcək.

Keçidlər