Tərtərdə qanunsuz küçə ticarəti ilə bağlı reyd keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə Tərtər şəhəri ərazisində reyd keçirilib.
Şəhərin Heydər Əliyev prospekti boyunca davam edən reyd zamanı səkilərdə piyadaların hərəkətinə maneə törədən pərakəndə ticarətlə məşğul olanlara xəbərdarlıq edilib. Həmin şəxslərlə maarifləndirici söhbətlər apararaq, yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırılıb.
Keçirilən reyd sakinlər tərəfindən rəğbətlə qarşılanıb. Onlar yol kənarında satılan mənşəyi məlum olmayan ərzaq məhsullarının antisanitar vəziyyət yaratdığını bildirməklə, şəhərin ümumi görünüşünə də xələl gətirdiyini qeyd ediblər.
Reyd zamanı qanunsuz küçə ticarəti ilə məşğul olanlara bilidirilib ki, profilaktiki söhbətlərə və edilən xəbərdarlıqlara məhəl qoymayan qanunsuz olaraq küçə ticarəti ilə məşğul olan şəxslər barədə İnzibatı Xətalar Məcəlləsinə uyğun protokollar tərtib olunacaq.