Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə qanunsuz inşa edilən tikili aşkarlanaraq sökülüb

10 avqust 2024 | 09:26

“Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən özbaşına aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə Tərtər rayon İcra Hakimiyyəti tərəfindən təyin olunmuş məsul şəxslərin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qarabağ Regional Mərkəzinin, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə rayon ərazisində növbəti monitorinq keçirilib.

Aparılan monitorinq zamanı müvafiq icazəverici sənədləri olmadan Tərtər rayon Köçərli kəndində Bərdə rayon Kətəlparaq kənd sakini Abbasov Tofiq İmamverdi oğlu tərəfindən dövlətə məxsus torpaq sahəsində qeyri-yaşayış obyektinin  tikintisi aşkarlanıb.

Qanunsuz inşa edilən tikinti aşkarlanaraq söküntüsü təmin edilib.

Qeyd edək ki, rayon ərazisində bu kimi tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Keçidlər