Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə qanunsuz aparılan tikili aşkarlanaraq sökülüb

12 may 2026 | 09:29

“Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na əsasən özbaşına aparılan tikinti işlərinin qarşısının alınması məqsədilə Tərtər rayon İcra Hakimiyyəti tərəfindən təyin olunmuş məsul şəxslərin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qarabağ Regional Mərkəzinin, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə qanunsuz tikintilərin qarşısının alınması məqsədi ilə rayon ərazisində növbəti monitorinq keçirilib.

Aparılan monitorinq zamanı müvafiq icazəverici sənədləri olmadan Tərtər rayonunun Buruc kəndi ərazisində, Tərtər rayon sakini Əhmədov Məhərrəm Yaqub oğluna məxsus pay torpaq sahəsində qanunsuz inşa edilən tikili aşkarlanıb.

Qanunsuz inşa edilən tikili aidiyyəti qurumuların əməkdaşlarının iştirakı ilə sökülərək ərazidən götürülüb.

Qeyd edək ki, rayon ərazisində bu kimi tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

 

Keçidlər