Tərtərdə prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
Tərtər Rayon Prokurorluğunun kollektivi müasir müstəqil dövlətimizin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin Sərəncamına əsasən, 1998-ci ildən etibarən hər il oktyabrın 1-də peşə bayramlarını geniş qeyd edirlər. Builki bayram milli prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümünə təsadüf edib.
Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov və rayon prokurorluğunun əməkdaşları ilə birlikdə Mərkəzi Meydanda Ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, onun abidəsinin önünə gül dəstələri düzüblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək prokurorluq işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, Ümummilli lider Heydər Əliyev ideyalarının həyata keçirilməsi, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə doğma ölkəmizin tərəqqisi və yüksəlişi, dövlətçiliyimizin möhkəmləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində onlara şərəfli fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb, xidmətdə fərqlənən bir qrup prokurorluq orqanı əməkdaşına rayon icra hakimiyyətinin fəxri fərmanlarını təqdim edib.






