Tərtərdə Prezident İlham Əliyevin ad günü münasibətilə ağacəkmə aksiyası keçirilib
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ad günü münasibətilə Bərdə-Ağdam magistral avtomobil yolunun Tərtər rayonunun Azad Qaraqoyunlu kəndi ərazisindən keçən hissəsində ağacəkmə aksiyası həyata keçirilib.
Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, idarə, müəssisə və təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, Şəhər Kommunal Təsərrüfatı İdarəsinin və DOST İş Mərkəzinin əməkdaşları iştirak ediblər.
Aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, mövcud ağaclar və yeni əkilmiş 250 ədəd eldar şamı suvarılıb, aqrotexniki qaydada qulluq göstərilib.






