Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi yekunlaşıb

14 oktyabr 2024 | 09:31

Tərtər rayon Olimpiya İdman kompleksində 11-13 oktyabr tarixlərində Mingəçevir Dövlət Universitetinin 50 nəfər tələbəsi “Poliqon” hərbi-vətənpərvərlik düşərgəsinə qatılıb. Düşərgənin bağlanış mərasimində Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və digər qonaqlar da iştirak ediblər.

Rayon rəhbəri düşərgədə keçirilən təlimlərin tələbələrimizin vətənpərvər ruhda yetişməsi və tariximizin gerçəkləri ilə daha yaxından tanış olmaları baxımından vacib olduğunu bildirib.

Düşərgə çərçivəsində tələbələr bir çox fəaliyyətlərdə iştirak ediblər. Onlar intellektual yarış, sıra hazırlığı, mühəndis hazırlığı, mina təmizləmə, silahların sökülüb yığılması, airsoft atışları, tir atışı, dağçılıq, topoqrafiya və Şuşa əməliyyatının maket üzərində izahı kimi praktiki təlimlərdə cəlbolunublar. Bununla yanaşı, müxtəlif idman yarışları və nümunəvi hazırlıqlar da düşərgənin proqramında yer alıb.

Qeyd edək ki, düşərgədə təlimlər, Xüsusi təyinatlıların ehtiyatda olan hərbi qulluqçuları tərəfindən aparılıb, düşərgə müdətində tələbələr özəl fəallıqları və bacarıqları ilə fərqləniliblər.

Gənclər düşərgə dövründə Şıxarx qəsəbəsində şəhidlərin xatirəsinə salınmış “Vətən bağı”na, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibəti ilə Şıxarx qəsəbəsində özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına baxıblar. Dövlət Rəmzləri muzeyində və Vətən müharibəsində ermənilər tərəfindən atılmış qadağan olunmuş “smerç” raketi nəticəsində dağılmış Sahib İsmayılova məxsus ev muzeyində olublar.

Rayonla tanış olan gənclər görülmüş işlərdən məmnun qaldıqlarını bildiriblər.

Keçidlər