Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Peşə Məktəbində narkomaniyanın zərərləri mövzusunda tədbir keçirilib

16 may 2022 | 10:34

Tərtərdə rayon Polis şöbəsinin təşkilatçılığı ilə “Narkomanlıq bəşəriyyət üçün böyük təhükədir” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Tədbirdə rayon polis şöbəsinin əməkdaşları, peşə məktəbnin kollektivi və tələbələr iştirak ediblər.

Narkotik vasitələrin zərərləri, onların törətdiyi fəsadlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verən rayon polis şöbəsinin rəisi Elçin Qasımov və Peşə məktəbinin direktoru Faiq Məmmədov onları vaxtlarını səmərəli keçirməyə və pis vərdişlərdən uzaq olmağa çağırıb.

Həmçinin tədbirdə sağlam həyat tərzi istiqamətində maarifləndirmənin vacibliyindən, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən danışılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər