Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə partiya veteranlarının yubileyləri təntənə ilə qeyd olundu

18 fevral 2026 | 14:26

18 fevral 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının qərargahında bir qrup partiya veteranının yubileylərinə həsr olunmuş tədbir keçirilib. Səmimi çay süfrəsi arxasında təşkil olunan görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, yubilyarlar Çingiz İsayev, Zənfurə Cəfərova, Valeh Əhmədov, Süleyman Quluyev, Feruz Hacıyev, Cümşüd Məmmədov, Nazilə Təhməzova və Tahir Əliyev iştirak ediblər.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yubilyarları təbrik edərək, veteranların dövlətçilik ənənələrinə sadiqliyini yüksək qiymətləndirib. İcra başçısı qeyd edib ki, veteranların zəngin təcrübəsi həm rayonun ictimai-siyasi həyatında, həm də vətəndaş-partiya münasibətlərinin güclənməsində mühüm amildir. Daha sonra YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək, veteranların partiyanın formalaşması və ideyalarının təbliğindəki əvəzsiz rolundan bəhs edib, yubilyarların siyasi fəaliyyətinin gənc nəsil üçün nümunəvi məktəb olduğunu vurğulayıb.

Görüş zamanı yubilyarlar partiyanın çətin, lakin şərəfli yaradıcılıq illərindən xatirələrini bölüşərək, bu cür tədbirlərin nəsillərarası mənəvi bağlılığın ən gözəl nümunəsi olduğunu qeyd ediblər. Onlar göstərilən yüksək diqqət və qayğıya görə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Tədbirin sonunda YAP Tərtər rayon təşkilatı tərəfindən yubilyarlara qiymətli hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.

Keçidlər