Tərtərdə pambıq yığımına start verilib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Sarov və Bəyimsarov kəndlərində pambıq tarlalarına baxış keçirib, fermerlərə xeyir-dua verib. Rayonda pambığın tez və itkisiz yığılması üçün pambıqyığan maşınlar hazır vəziyyətə gətirilib.
Bu il məhsul boldur. Tarlalarda becərmə dövründə aqrotexniki qaydalara düzgün riayət olunub, suvarma vaxtı-vaxtında aparılıb.
Qeyd edək ki, ötən il rayonda 3440 hektar sahədə pambıq əkilib, hər hektardan 31,1 sentner olmaqla, ümumilikdə, 10701,5 ton məhsul istehsal edilib. Bu il isə 3450,7 hektar sahədə pambıq əkilib. Yığımın ilk günlərində 227,53 ton məhsul toplanıb.
Yığılan məhsul “MKT İK” MMC-nin Tərtər filialına və “Azərpambıq” MMC-nin Tərtər pambıq tədarükü məntəqəsinə təhvil verilir.
Tərtərlilər həmişə olduğu kimi bu ildə pambıq toplanışında yüksək məhsuldarlıq əldə edib birinciliyi əldən verməyəcəklər.