Tərtərdə "Övladlarımızı Narkotiklərdən qoruyaq" və "Erkən nigahın qarşısının alınması" mövzusunda tədbiri keçirilib
Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) təşkilatçılığı ilə rayonun Cəmilli kənd tam orta məktəbində şagirdlərin iştirakı ilə "Övladlarımızı Narkotiklərdən qoruyaq" və "Erkən nigahın qarşısının alınması" mövzusunda narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Tərtər rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov,Tərtər rayon prokuroru Əli Qurbanov, Tərtər rayon Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, valideyinlər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları məktəbdəki Şəhidlər abidəsinin önünə gül-çiçək dəstələri düzüb, Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Məktəbin iclas zalında davam etdirilən maarifləndirmə tədbirində Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov, rayon prokuroru Əli Qurbanov, Tərtər rayon Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, Cəmilli kənd tam orta məktəbin direktoru Rəşad Şahbazov çıxış edərək narkotik asılılığının törətdiyi fəsadlar onun insan həyatına və sağlamlığına vurduğu zərərlər barədə ətraflı məlumat veriblər. Tədbirdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləridən bəhs edilib.
Tədbirdə çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında, erkən nikah hallarına zəmin yaradan səbəblərdən də danışıblar. Qeyd olunub ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırılması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün mütəmadi maarifləndirmə tədbirlərinin aparılması zəruridir.
Sonda narkotiklərin törətdiyi fəsadlardan bəhs edən videoçarx göstərilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.