Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə əhalinin mühafizəsi, habelə profilaktika və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi” mövzusunda tədbir keçirilib

20 may 2026 | 15:48

Tərtər Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzin birgə təşkilatçılığı ilə “Nüvə və digər kütləvi qırğın silahının mümkün tətbiqi ilə əlaqədar yarana biləcək təhlükənin qarşısının alınması məqsədilə əhalinin mühafizəsi, habelə profilaktika və təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi” adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzin Mülki Müdafiə İdarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, ərazidə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.

Tədbiri Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov giriş sözüylə açmışdır.

Sonra Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzin Mülki Müdafiə İdarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin əməkdaşları “Nüvə silahı və onun zədələyici amilləri” mövzusunda çıxışlar edərək təhlükənin növü, təsirə məruz qalan ərazilər, ilkin davranış qaydaları, mülki müdafiə sığınacaqlarının yerləşdiyi yerlər, təhlükəsiz və təxliyə marşrutları, toplanış məntəqələri, tibbi və psixoloji yardım barədə məlumatlar vermişdir.

 

Keçidlər