Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Nümunəvi valideynlik İnstitutu” adlı layihə çərçivəsində tədbir keçirilib

12 avqust 2024 | 15:12

9 avqust 2024-cü il tarixində  Tərtər Peşə  Məktəbinin binasında  “Regional Gender Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə “Nümunəvi valideynlik İnstitutu” adlı layihə çərçivəsində  tədbir keçirib.

Tədbirlərdə Regional Gender Mərkəzinin sədri, layihə rəhbəri Şərqiyyə Dadaşova, ekspert Aliyə İmanova, Tərtər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Svetlana Əzizova, Rəksanə Quliyeva, Tərtər şəhərindən, Yuxarı Qapanlı, Soyulan, Səhləbad, Cəmilli, Evoğlu, Azad Qaraqoyunlu, Qaynaq, Düyərli, Seydimli, İsmayılbəyli, Qarağacı kəndlərindən olan valideynlər və himayədarlar iştirak ediblər.

Əvvəlcə rayon icra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Svetlana Əzizova və Rəksanə Quliyeva çıxış edərək qonaqları təqdim edib və mövzu haqqqında məlumat veriblər.

Layihə rəhbəri Ş.Dadaşova layihə və donor təşkilat haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi və gözləntilər barədə məlumat verib. Bildirib ki, erkən uşaqlıq illəri- sonsuz imkanlar dövrüdür. Valideynlər bu dövrü düzgün qiymətləndirməlidir.

Ekspert A.İmanova valideyn-uşaq münasibətləri, Erkən Uşaqlıq dövründə inkişafda Bəsləyici qayğının 5 kompanenti(Adekvat qidalanma, sağlamlıq, təhlükəsizlik və mühafizə, erkən öyrənmə imkanları və məsuliyyətli qayğı)  ilə bağlı ətraflı məlumat verdi. Valideynlər və azyaşli uşaqlar arasinda olan pozitiv qarşılıqlı münasibətin əsas  prinsipləri (uşağa sevginin göstərilməsi, uşaqla ünsiyyət qurma, uşağa uyğunlaşmaq və uşağın bacarıqlarını tərifləmək və qiymətləndirmək) haqda ətraflı danışıb.

Sonra mövzu ətrafında müzakirələr olub.  İştirakçıların sualları cavablandırılıb və təklifləri dinlənilib. İştirakçılar layihənin aktuallığını qeyd edərək və tədbirlərin davamlı olmasını arzulayıblar.

Keçirilən tədbirlərdə 20 və 22 nəfər olmaqla ümumilikdə, 42 nəfər  iştirak edib.

 

Sonda xatirə şəkilləri çəkilib.

Keçidlər