Tərtərdə növbəti Tibbi Səyyar Müayinə aksiyası keçirilib
Bu gün Tərtər Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Nərgiz Tibb Mərkəzi tərəfindən Tərtər Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində Şəhid və qazi ailələri, aztəminatlı ailələr üçün Tibbi Səyyar Müayinə aksiyası keçirilib.
Aksiya çərçivəsində Nərgiz Tibb Mərkəzinin rəhbəri, Tibb Elmləri doktoru, terapevt Məlahət Qəhrəmanova, Şüa Diaqnostikası Sevinc Hüseynova, Psixoloq Lamiyə Tahirova, Ginekoloq Təranə Babayeva, Endrokronoloq Mehri Həsənova, Ultrasəs müayinəsi Sevda Əliyeva, Kosmetoloq Günel Qəhrəmanova, həkim-lobarant İlhamə Rüstəmova sakinləri müayinə edib, müvafiq müalicə təyinatı veriblər.
Tədbirə qatılan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov aksiyanın keçirilməsi üçün xəstəxanada yaradılan şəraitlə tanış olub. Rayon rəhbəri bildirib ki, aksiya bölgədə yaşayan sakinlərin sağlamlığına göstərilən diqqət və qayğının təzahürüdür, yerli əhali arasında proflaktiki müayinə mədəniyyəti və sağlam həyat tərzinin təbliği məqsədini daşıyır. Müayinə zamanı xəstəliklər vaxtında aşkara çıxarılır, düzgün diaqnoz qoyulur və müalicə təyin olunur. İcra başçısı bu cür aksiyaların Tərtər rayonunda keçirilməsini yüksək qiymətləndirərək, aksiyada iştirak edən tibb işçilərinə öz təşəkkürünü bildirib. Müainəyə gələn Şəhid ailələrinin üzvləri və qazilərlə görüşərək, sakinlərlə səmimi söhbət edib.
Aksiyada iştirak edən şəhid ailələrinin üzvləri, qazilər, aztəminatlı ailələr onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.