Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə növbəti “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb

11 oktyabr 2024 | 16:53

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Tərtər Olimpiya İdman  Kompleksində növbəti “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb.

Düşərgənin keçirilməsində məqsəd gənclərdə vətənpərvərlik, milli qürur və ləyaqət ruhunu gücləndirimək, onları ordu sıralarında xidmətə hazırlamaq, habelə mənəvi psixoloji və hərbi-fiziki hazırlığı artırmaq, eyni zamanda şanlı Zəfər tarixini təbliğ etməkdir.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov düşərgədə gənclərlə görüşüb.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrundan canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilmişdir.

Sonra rayon rəhbəri gəncləri salamlayaraq, onlara “xoş gəlmisiniz”,- deyib və onlara Tərtər rayonu, onun infrastrukturu, inkişaf proqramı, 44 günlük  Vətən Müharibəsində ermənilərin  yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində rayonun infrastrukturuna, mülki vətəndaşlara dəymiş ziyan barədə məlumat verib. Qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Tərtər şəhərinə və yaşayış məntəqələrinə 16277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində rayonun infrastrukturuna güclü ziyan dəyib, 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil müəssisəsinə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət  müəssisəsinə, məscid və inzibati binalara, 83 çoxmərtəbəli yaşayış və 5344 fərdi yaşayış evlərinə, 95 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib. Rayon ərazisində müharibədən ziyan çəkmiş yaşayış və qeyri yaşayış sahələrinə işçi qrupu tərəfindən 7050 baxış keçirilib. Dövlət rəsmilərinin dediyi kimi “Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın Stalinqradı” olduğunu bildirib.

Sonra Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik tərbiyyəsi sektorunun müdiri Elşən Hüseynov, Aprel döyüşlərinin qazisi Əhliyyət Mehdiyev çıxış edərək gənclərdə vətənpərvərlik ruhunu daha da artırmaq, onları sağlam həyat tərzinə təşviq etmək və şanlı zəfər tarixində ordumuzun keçdiyi döyüş yolundan bəhs etmişlər.

Tərtər Olimpiya İdman kompleksində keçirilən hərbi-vətənpərvərlik düşərgəsində "Mübarizlər", "Aslanlar", "Canavarlar", "Şahinlər" və "Əqrəblər" komandalara Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbçiləri tərəfindən sıra, topoqrafiya, mühəndis, komandir, kəşfiyyat, atəş hazırlığı və digər hərbi təlimlər keçiriləcək.

Düşərgədə Mingəçevir Dövlət Universitetinin 50 gənci birincilik uğrunda mübarizə aparacaq.

Keçidlər