Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Narkotikə yox deyək! ” və “Gənclər arasında sağlam həyat tərzinin təbliği ”mövzusunda tədbir keçirilib.

05 mart 2026 | 09:08

Tərtər rayonun A.Məmmədov adına  Dəmiçilər kənd tam orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Dəmirçilər kənd İƏD-i üzrə nümayəndə Sədiqə Əhmədova, Tərtər rayon Polis şöbəsinin YYÇPİTQ-nın inspektoru-polis leytenantı Sirac Əlizadə, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorunun müdiri Orxan Fəxrəddinov, Tərtər 1 saylı Mediasiya təşkilatının direktoru Mirməmməd Əyyubov, Tərtər Rayon Mərkəzi Xəstəxanasının həkim pediatr-narkoloqu Hicran Rəhimli, məktəbin direktoru Rəfiqə Əlyarova, məktəbin müəlim kollektivi və  şagirdlər iştirak ediblər.

Çıxış edənlər narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıblar. Onlar problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu bildiriblər.

Həmçinin sağlam ailənin sağlam cəmiyyətin əsasını təşkil etdiyini, vətəndaşların maariləndirilməsinin və qanunvericiliyin təkmilləşdirilməsinin sağlam cəmiyyətin formalaşdırılmasına təkan verdiyini qeyd etmişlər. Ailənin sağlamlığının müdafiə edilməsi və inkişaf etdirilməsi sahəsində cəmiyyətin fəallaşmasına ehtiyac olduğu fikirləri söylənilmişdir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər