Tərtərdə “Narkotikə yox deyək!” və “Ailə tərbiyəsinin uşağın şəxsiyyət kimi inkişafında rolu” mövzusunda tədbir keçirilib
Rövşən Kərimov adına Sarov kənd tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər 1 saylı Mediasiya təşkilatının direktoru Mirməmməd Əyyubov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ Regional Bölməsinin aparıcı məsləhətçisi İsmət Rəhimov, məktəbin direktoru Almaz Qasımova, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıblar, narkotik maddələrin qəbul edilməsinin insana fiziki, mənəvi və psixoloji zərbə vurduğunu qeyd ediblər,problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə olduğunu vurğulayıblar.
Həmçinin tədbirdə uşaq şəxsiyyətinin formalaşmasında ailənin rolunun əvəzedilməz olduğu, gənc nəslin tərbiyəsinin valideynlərin ən mühüm vəzifələrindən biri olduğu qeyd edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.






