Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, həmçinin sui-istifadəsi ilə əlaqədar mübarizəni gücləndirilmək məqsədilə tədbir keçirilib

10 oktyabr 2024 | 14:39

Tərtər şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Dini Qurumlar İşi üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin baş məsləhətçisi Pərviz Eyvazov, Tərtər şəhər “Cümə” məscidi dini icmasının sədri və imamı, Qafqaz Müsəlmanları İdarəsinin Tərtər rayonu üzrə səlahiyyətli nümayəndəsi Sadiq Cəfərov, Tərtər rayon Polis şöbəsinin İTB-nin Yetkinlik yaşına çatmayanların proflaktiki işinin təşkili qrupunun baş inspektoru İlham Rəhimli, Tərtər rayon Polis şöbəsinin İTB-nin Yetkinlik yaşına çatmayanların proflaktiki işinin təşkili qrupunun  inspektoru Sirac Əlizadə, məktəbin direktoru Amil Hüseynov, müəllim kollektivi və şagirdlər iştirak ediblər.

Tədbirdə çıxış edənlər narkotik vasitələrin sui-istifadəsinin müasir dövrün aktual problemlərindən biri olduğunu qeyd edərək, bu istiqamətdə həyata keçirilən tədbirlərin əhəmiyyətindən danışdı. O, cəmiyyətin sağlam gələcəyinin təmin olunması üçün belə maarifləndirici görüşlərin keçirilməsinin vacibliyini vurğuladı. Bildirildi ki, narkotik vasitələrdən istifadənin qarşısının alınması yalnız mübarizə tədbirləri ilə deyil, eyni zamanda gənc nəslin düzgün tərbiyəsi və sağlam dəyərlər əsasında formalaşdırılması ilə mümkündür. Qeyd edildi ki, bu kimi tədbirlər problemin mahiyyətinin daha geniş şəkildə izah olunmasına və ictimai məlumatlılığın artırılmasına xidmət edir.

Tədbirdə narkomaniya ilə mübarizdə hər bir vətəndaşın fəallıq göstərməli olduğu, yeniyetmə və gənclərin bu sahədə daha da maarifləndirilməsinin onlar arasında narkomaniyaya və onu yayan vərdişlərə qarşı müqaviməti xeyli artırmasından bəhs edilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər