Tərtərdə “Narkomaniyaya yox deyək!” və “Erkən nikahın fəsadları!” mövzusunda növbəti tədbir keçirilib
Aprelin 27-də Tərtər rayonunun Səhləbad kənd tam orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi- Polis baş leytenantı Mirhəmid Həşimov, rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun baş inspektoru-polis baş leytenantı Bəxtiyar Əliyev, Tərtər rayon Təhsil sektorunun aparıcı məsləhətçisi Mahir Qurbanov, məktəbin müəllim kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.
Çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.
Tədbirdə həmçinin dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu maddi və mənəvi zərərlərdən danışılıb. Çıxış edənlər şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə ediblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.