Tərtərdə “Narkomaniyaya yox deyək!”, “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi mövzularında tədbir keçirilib
Tərtərdə “Narkomaniyaya yox deyək!”, “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi mövzularında M.Həsənov adına Tərtər şəhər R.Nuriyev adına 6 saylı tam orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Polis şöbəsinin rəis müavini, rəisin şəxsi heyyətlə iş üzrə köməkçisi polis mayrou Samir Bayramov, Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun inspektoru-polis kiçik leytenantı Sirac Əlizadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Tərtər rayon şöbəsinin zabiti Asim Hüseynov, Tərtər Təhsil Sektorunun metodisti-psixoloq Gülxar Abbasova, Tərtər Rayon Mərkəzi Xəstəxanasının psixoloqu Təranə Əmiraslanlı, Tərtər şəhər 6 saylı tam orta məktəbinin direktoru Rüfət İsmayılov, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Çıxış edənlər dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu maddi və mənəvi zərərlərdən danışılıb. Çıxışçılar şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə ediblər. Son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd edilib.
Həmçinin çıxış edənlər vətənpərvərliyin bir fərdin ölkəsinə duyduğu sevgi və bağlılıq olduğunu, vətəni qorumağın hər bir vətəndaşın borcu olduğu haqqında fikirlər söyləmişdirlər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.