Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Narkomaniyaya yox deyək!”, “Erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələri”, “Ailə ənənələrinin möhkəmləndirilməsi və inkişafı!” mövzularında tədbir keçirilib

28 mart 2024 | 16:45

M.Həsənov  adına Köçərli kənd tam orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun inspektoru-polis kiçik leytenantı Sirac Əlizadə,  Tərtər Təhsil Sektorunun metodisti-psixoloq Gülxar Abbasova, Tərtər Rayon Mərkəzi Xəstəxanasının psixoloqu Təranə Əmiraslanlı, Köçərli kənd tam orta məktəbinin direktoru Elnur Ələkbərov, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxış edənlər dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu maddi və mənəvi zərərlərdən danışıblar. Şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı bildiriblər. Son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd ediblər.

Həmçinin Çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Keçidlər