Tərtərdə “Narkomaniyaya yox deyək!”, “Erkən nikah və qohumlar arasında nikahın fəsadları!” və “İnsan alverinin qurbanı olma” mövzusunda tədbir keçirilib
Tərtər rayonunun Evoğlu kənd tam orta məktəbində keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun baş inspektoru-polis baş leytenantı Bəxtiyar Əliyev, rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun baş inspektoru-polis kiçik leytenantı Sirac Əlizadə, Tərtər rayon Təhsil sektorunun metodisti Gülxar Abbasova, məktəbin direktoru Şahin Hüseynov, müəllim kollektivi və şagirdlər iştirak ediblər.
Çıxış edənlər erkən nikahın gənclərə, ailələrə, bütövlükdə cəmiyyətə vurduğu zərərlər, bu sosial problemin aradan qaldırılması yolları haqqında danışılaraq bildiriblər ki, erkən nikah hallarına zəmin yaradan əsas səbəblərdən birincisi təhsildən yayınmaqdır. Valideynlərin maddi imkansızlıq bəhanəsi ilə övladlarını məktəbdən uzaqlaşdırması son nəticədə erkən nikaha yol açır. Bunun qarşısının alınması üçün ardıcıl maarifləndirmə tədbirlərinin aparılması zəruridir.
Tədbirdə dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu maddi və mənəvi zərərlərdən də danışılıb. Çıxışçılar şagirdlərə diqqətli olmağı, narkotik audəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə ediblər. Son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd edilib.
Həmçinin insan alverinin yaratdığı problemlərdəndə danışılıb. Qeyd olunub ki, bu müasir dövrün ən aktual problemlərindən biridir. İnsan alveri bir çox dünya ölkələrində baş verən qlobal hadisədir. İnsan alverinin qurbanları kişi, qadın və həm də uşaqlar ola bilər. İstismara ən çox məruz qalanlar isə gənc qadın və cavan qızlar olur ki, onların da insan alverinə məruz qalmasına əsas səbəblər onların təhsil almasına, işə düzəlməsinə və özünə güvənməsinə mane olan savadsızlıq, yoxsulluq və gender bərabərsizliyi faktorlarıdır.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.