Tərtərdə narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib
22 fevral 2023 | 12:06
Tərtər rayon İcra Hakimiyyətinin və Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Qazyan kənd tam orta məktəbində narkomaniya əleyhinə maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Elçin Qasımov müasir dövrümüzdə çox böyük təhlükəyə çevrilərək bəşəriyyəti təhdid edən narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən söz açıb.