Tərtərdə “Narkomaniya bəşəriyyət üçün təhlükədir”!, “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzularında tədbir keçirilib
Tərtərdə “Narkomaniya bəşəriyyət üçün təhlükədir”!, “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi mövzularında Ş.Əhmədov adına Tərtər rayon Düyərli kənd orta məktəbində keçirilən tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Tərtər rayon şöbəsinin rəisi vəzifəsini icra edən mayor Pərviz Hüseynov, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı aparatında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rəvan Həsənov, Tərtər rayon Polis şöbəsinin Yetkinlik yaşına çatmayanların proflaktik işinin təşkili qrupunun inspektoru-polis leytenantı Sirac Əlizadə, Tərtər rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, Tərtər Təhsil Sektorunun metodisti-psixoloq Gülxar Abbasova, Düyərli kənd İƏD üzrə nümayəndənin müavini Məzarət Əliyeva, Düyərli kənd ümumi orta məktəbinin direktoru Nofəl Alıyev, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.
Çıxış edənlər dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu maddi və mənəvi zərərlərdən danışıblar. Çıxışçılar şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə ediblər. Son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd edilib.
Həmçinin çıxış edənlər vətənpərvərliyin bir fərdin ölkəsinə duyduğu sevgi və bağlılıq olduğunu, vətəni qorumağın hər bir vətəndaşın borcu olduğu haqqında fikirlər söyləyiblər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.