Tərtərdə mütəmadi olaraq vətəndaşların müraciətləri dinlənilir
Tərtər Rayon İcra Hakimiyyətində mütəmadi olaraq vətəndaşlar qəbul edilir, onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır. Qəbulda 19 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Qəbula gələn vətəndaşlar əsasən işlə təmin olunma, sahibkarlıq məqsədilə torpaq sahəsinin ayrılması, işğaldan azad olunmuş ərazilərdə evlə təmin olunma, maddi köməklik, ev təmirinə köməklik, təsərüfatlara gedən su arxlarının təmizlənməsi və digər şəxsi məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.
Rayon sakinləri ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.