Tərtərdə mütəmadi olaraq kooperativ təsərrüfatçılığın üstünlükləri barədə maarifləndirmə işləri aparılır
“Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın 11.11 bəndinin icrası ilə bağlı Tərtər Rayon İcra Hakimiyyəti başçısının 29 dekabr 2017-ci il tarixli 173 nömrəli sərəncamı ilə Tərtər rayonunda kənd təsərrüfatı kooperasiyası ilə bağlı izahat işləri aparmaq üçün işçi qrup yaradılmış, 17 noyabr 2022-ci il tarixli 192 nömrəli sərəncamı ilə rayonda kənd təsərrüfatı kooperasiyası ilə bağlı izahat işləri aparmaq üçün yaradılmış işçi qrupunun yeni tərkibi təsdiq edilmişdir.
Yaradılmış işçi qrup tərəfindən 2022-ci il ərzində rayonun Seydimli, Sarov, Bəyimsarov, İsmayılbəyli, Azad Qaraqoyunlu, Xoruzlu, Yuxarı Sarıcalı və digər yaşayış məntəqələrində torpaq mülkiyyətçiləri ilə görüşlər keçirilərək kooperativ təsərrüfatçılığın üstünlükləri barədə təbliğat və maarifləndirmə işləri aparılmışdır.
Əlavə olaraq rayon rəhbəri tərəfindən ayrı-ayrı yaşayış məntəqələrində keçirilən səyyar qəbullarda Dövlət Proqramının icrası ilə bağlı izahat işləri aparılaraq kooperativ təsərrüfatçılığın üstünlükləri torpaq mülkiyyətçilərinin diqqətinə çatdırılmışdır.