Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə minifutbol idman növü üzrə rayon turniri keçirilib.

09 may 2026 | 10:03
 
01-08 may 2026-cı il tarixlərdə Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Gənclər və İdman İdarəsi və Qarabağ RTİ-nin Tərtər və Ağdərə rayonları üzrə Təhsil sektorunun birgə təşkilatçılığı əsasında rayonun orta məktəb komandaları arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibəti ilə minifutbol idman növü üzrə rayon turniri keçirilmişdir. Turnirdə ümumilikdə 31 məktəbin komandası iştirak etmişdir.
 
Ardıcıl olaraq səkkiz gün davam edən yarışın qalib olan komandaları Qarabağ RGİİ-nin müvafiq dərəcəli diplom və medalları ilə təltif edilmişlər.
Keçidlər